ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiyanın Ukrayna ilə sülh məsələsində mövqeyini öyrənmək üçün Kremlə səfər edib.
Yenixeber.org: Vladimir Putin onları görüş üçün 3 saat gözlətməklə diqqət çəkib və bununla Rusiyanın mövqeyini nümayiş etdirib.
Mənbə yazır ki, Putin ABŞ nümayəndələrinə həm cazibədarlıq, həm də hesablanmış gecikmə və konkret təhdidlər vasitəsilə Rusiyanın Ukrayna ilə sülh məsələsində dayandığı mövqeyi göstərib.
Bu zaman amerikalılar Moskva küçələrində gəzib, lüks restoranda nahar edərək vaxt keçirirdilər. Putin isə eyni vaxtda investisiya forumunda çıxış edərək Avropanı sülh prosesini pozmaqda ittiham edib və gələcəkdə mümkün eskalasiyaya işarə edib.
"Biz Avropa ilə müharibə aparmağı planlaşdırmırıq, amma Avropa müharibə başlatmaq qərarına gəlsə, hazırıq", - deyə o bildirib.
Rusiyanın xarici diplomatları uzun müddət gözlətməyi vərdiş halına saldığı nəzərə alınarsa, görüşün planlaşdırılan saatdan (saat 17:00-dan) təxminən üç saat gec başlaması gözlənilən idi.
Rusiya paytaxtında Ukraynada təxminən dörd illik müharibə ilə bağlı müzakirələr yerli vaxtla yalnız gecə gec saatlarda başa çatıb. Kremlin yayımladığı videoda isə Putin Uitkoff və Kuşneri salamlayır və onlara Moskvanın xoşlarına gəlib-gəlmədiyini soruşur. Uitkoff isə "Bu möhtəşəm şəhərdir" cavabını verib.("Politico")










AZ
RU