Rutte Putini ələ saldı:...ona prezident kimi maaş verilir
NATO Baş katibi Mark Rutte Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı sınaqları ilə bağlı açıqlamasını ironik şəkildə şərh edib.
Yenixeber.org: M.Rutte Rumıniya Prezidenti Nikuşor Danla birgə mətbuat konfransı zamanı bu barədə fikir bildirib.
“Mən uzun müddətdir ki, Putinin təşkil etdiyi iclasları şərh etmirəm. Ona Rusiya prezidenti olaraq maaş verirlər, ona görə də bu iclasları təşkil edir”, - deyə Rutte bildirib.
Xatırladaq ki, 5 noyabrda Rusiya Təhlükəsizlik Şurasının iclasında Putin təhlükəsizlik qüvvələrinə və mülki xidmətlərə nüvə silahı sınaqlarına hazırlaşmaq tapşırığı verib. O, ABŞ Prezidenti Donald Trampın nüvə sınaqları açıqlaması ilə bağlı yaranan vəziyyəti ciddi məsələ adlandırıb.









AZ
RU
