Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ANAMA əməkdaşları Laçında sərxoş halda söyüş söydülər -MƏHKƏMƏ QƏRARI

Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu

Laçında ANAMA-nın bölmə rəhbərləri həbs edilib.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, bu hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib.

ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.

İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.

Barələrində inzibati protokol tərtib edilən şəxslər Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam