Bir gündə Qəzzada ölənlərin sayı AÇIQLANDI
İsrailin Qəzza şəhəri və ətrafına bir gündə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.
Yenixeber.org: Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, onlarla sakin müxtəlif xəsarətlə xəstəxanalara çatdırılıb.
Belə ki, 48 saat ərzində şəhərdə azı 50 ev tamamilə dağılıb, daha 100 binaya ziyan dəyib.
Qəzzada məcburi köçkünlər üçün yaradılmış düşərgələr də atəşə tutulub, burada ən azı 200 çadır dağıdılıb.
Humanitar yardım paylama mərkəzlərində yemək alan fələstinlilər atəşə tutulub. Bu hücumda 85 nəfər yaralanıb, 8 nəfər isə aldığı xəsarətlərdən ölüb.
Qeyd olunur ki, sentyabrın 6-da 74 fələstinli İsrailin Qəzzaya hücumlarının qurbanı olub.