Bu ölkələr Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir - SİYAHI
Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə son qoymaq təklifləri qəbuledilməzdir və konstruktiv dialoqa töhfə vermir.
Yenixeber.org: Bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa deyib.
Bundan əvvəl Putin ukraynalı həmkarı Volodimir Zelenskini Moskvaya dəvət edib.
"Hazırda ən azı yeddi ölkə müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır. Avstriya, Müqəddəs Taxt-tac, İsveçrə, Türkiyə və üç körfəz ölkəsi. Bunlar ciddi təkliflərdir və prezident Zelenski hər an belə bir görüşə hazırdır. Bununla belə, Putin açıq-aşkar qəbuledilməz təkliflər irəli sürərək hamını aldatmaqda davam edir".