Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ABŞ-dan Rusiyaya XƏBƏRDARLIQ

featured-image-565579

    “ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranının həllində səbri hədsiz deyil”.

Yenixeber.org: Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Jurnalist ABŞ-nin Rusiya tərəfindən diplomatik nizamlanmada maraqlı olduğuna dair hər hansı bir işarə alıb-almadığını soruşduqda, Bryus deyib ki, Trampın bəyanatları onun vəziyyəti müsbət qiymətləndirib-qiymətləndirmədiyi və Rusiya lideri Vladimir Putinin gördüyü işlərdən məmnun olub-olmaması ilə bağlı ən dolğun mənzərəni verir.

Onun sözlərinə görə, Trampın hərəkətləri və Ukraynaya əlavə müdafiə silahları vermək qərarı bunun göstəricisidir:

“Daha əvvəl dediyim kimi, o, diplomat olsa da, diplomatik üsullara həmişə nikbin baxsa da, həm də realistdir. Dünya İranla bağlı vəziyyətdə, Rusiyaya qarşı atdığı yeni tədbirlərlə görür ki, prezident, səbirli adam olsa da, məqsədlərinə çatmaq üçün baxışından güzəştə getməyə hazır deyil”.

Xatırladaq ki, iyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam etmək qərarına gəlib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam