Rusiyanın itkiləri artır -SİYAHI
Ukrayna müharibənin 1227-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 024 210 hərbçi, 10 988 ədəd tank, 22 946 ədəd zirehli döyüş maşını, 29 865 ədəd artilleriya sistemi, 1 428 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 191 hava hücumundan müdafiə sistemi, 420 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 53 999 ədəd avtomobil texnikası, 43 303 ədəd PUA, 3 436 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 925 xüsusi avadanlıq itirib.