Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

43 saylı Notariat Kontorundan şikayət:"...barəsində cinayət işi başlanılmalıdır"

 

 

 

 Yenixeber.org: Redaksiyamızın elektron poçtuna elesgeroqlu77@mail.ru emaildən Ucar rayon 20 Yanvar küçəsi ev 34 sakini Purqafari Azər Ələsgər oğlunun müraciəti daxil olub. Müəllif müraciətində Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəis müavini Mehman Soltanovu və Bakı şəhəri Nəsimi rayon ərazisndə yerləşən 43 saylı Notariat Kontorunun xüsusi notariusu Elşən Qurbanovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlayır. Biz yazıda yer alan ittihamlarla bağlı adları çəkilən şəxsləri də dinləmək istəsək də cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlə dərc edirik:

"Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəis müavini Mehman Soltanov və Bakı şəhəri Nəsimi rayon ərazisndə yerləşən 43 saylı Notariat Kontorunun xüsusi notariusu Elşən Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət əməli törətmişdilər.
Belə ki, "Dokto” MMC Ucar rayon sakini İsgəndərov Elvin Əlikram oğlu ilə Ucar şəhəri 28 May küçəsi ərazisində yerləşən obyektində aptek fəaliyyəti ilə məşğul olmağa görə lisenziya alınması üçün qanunsuz müqavilə bağlamışdır. Həmin qanunsuz müqaviləni isə 43 saylı Notariat Kontorunun xüsusi notariusu Elşən Qurbanov təsdiq etmişdir. Bu isə cinayət əməlidir.
Ancaq qeyd edim ki, "Dokta" MMC-nin həmin obyektə görə bağladığı müqavilə saxta və qanunsuzdur. Belə ki, Ucar şəhəri Həzi Aslanovla 28 May küçəsinin kəsişdiyi ərazidə yerləşən həmin obyektin reyestr çıxarışı yoxdur. Çünki həmin obyekt qanunsuz inşa edildiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 sayı Ərazi İdarəsi ora reyestr çıxarışı vermir. Buna görədə Elvin İsgəndərov həmin obyektə Ucar rayon icra hakimiyyətindən istismar aktı almışdır. Həmin istismar aktına əsasən isə "Dokta" MMC həmin obyektlə müqavilə bağlamışdır. Həmin müqavilə əslində qanuna əsasən obyektin yerləşdiyi ərazi üzrə Ucar rayon Notariat kontorunda təsdiqlənməli olsa da onlar bu saxtakarlığı Bakı şəhərində yerləşən 43 saylı Notariat Kontorunda xüsusi notarius Elşən Qurbanova etdirmişdilər. Çünki Ucar rayon Notariat Kontorunun rəisi Elman Cəlalov belə qanunsuzluğa cinayətə qol qoymamışdı.

Buna görədə "Dokto" MMC-nin və saxta müqaviləni təsdiq edən notariat kontorunun fəaliyyəti yoxlanılıb ciddi tədbirlər görülməsi üçün mən Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi Mehman Soltanova şikayət ərizəsi ilə müraciət etdim.
Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi Mehman Soltanov isə uzun araşdırmadan sonra mənə tam əsassız cavab məktubu göndərərk qeyd edib ki, "Göstərilənlərlə yanaşı izah edirik ki, məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti orqanlara və ya məhkəməyə müraciət etmək hüququnuz vardır".
Bu tam əsassız cavab məktubudur ki, Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi Mehman Soltanov mənə göndərmişdir. Belə ki, mənim şikayət ərizəmi Prezident Administrasiyası araşdırılması üçün aidiyyatı üzrə Ədliyyə Nazirliyinin Notariat İdarəsinə göndərmişdir. Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi Mehman Soltanov isə mənə cavab məktubu göndərib qeyd edir ki, "Göstərilənlərlə yanaşı izah edirik ki, məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti orqanlara və ya məhkəməyə müraciət etmək hüququnuz vardır". Diqqət yetirin ki, Mehman Soltanov Prezident Administarsiyasının aidiyyatı orqan bilib onlara göndərdiyi şikayət ərizəmi icra etməyərək aidiyyatı orqana müraciət etməyimi tövsiyə edir. Mehman Soltanov məqsədli şəkildə belə başdansovdu cavab məktubu göndərməklə işini bitmiş hesab edir.
Çünki Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi Mehman Soltanov 43 saylı Notariat Kontorunun xüsusi notariusu Elşən Qurbanovdan rüşvət alıb, onun cinayət əməlinin üstünü ört-basdır etmişdir. Bu şəxslərin hər ikisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət törədiblər. Əslində isə Mehman Soltanov vəzifə səalhiyyətləri çərçivəsində həmin qanunsuz müqavilənin ləğv edilməsi istiqamətində qanunda nəzərədə tutulmuş qaydada tədbirlər görməli idi. Mehman Soltanov öz şəxsi maraqlarına görə dövlət qanunlarını pozmaqla cinayət əməli törətmişdir.

Həmin sözügedən obyektin qanunu mülkiyyət olmasını təsdiq edən reyestr çıxarışı olmadan onunla müavilə bağlamaq qanunsuzluqdur ki, "Dokta" MMC və Bakı şəhəri Nəsimi rayon ərazisində yerləşən 43 saylı Notariat Kontorunda xüsusi notarius Elşən Qurbanovla əlbir olub etdirmişdir .Burada bir başa məsuliyyəti xüsusi notarius Elşən Qurbanov daşıyır. Bunun üçün onun barəsində cinayət işi başlanılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan xahiş edirəm bu şikayət ərizəmi şəxsən araşdırb Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəis müavini Mehman Soltanovun və 43 saylı Notariat Kontorunun xüsusi notariusu Elşən Qurbanovun barəsində ciddi tədbirlər görəsiniz".

Redaksiyadan: Yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam