Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Rusiya Belarusa qoşun yeridəcək! –Hərbi təlimlər bəhanəsi ilə

Rusiyanın bu əraziləri Belarusa verilir: Qərblə danışıqlar başlayıb

Yayda Rusiya Belarusa özünün 150 min əsgərini göndərəcək.

Yenixeber.org: Məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransdında deyib.

O, üzünü Avropa liderlərinə tutaraq qeyd edib ki, Rusiyanın Belarusda yerləşdirəcəyi 150 minlik kontingentin hədəfi Belarusla sərhəddəki NATO ölkələri olacaq: "Bizim dəqiq kəşfiyyatı məlumatımız var ki, Rusiya bu yay hərbi təlimlər bəhanəsi ilə Belarusa qoşun yeritməyi planlaşdırır. Bu, onların Ukraynaya genişmiqyaslı işğalından əvvəl qoşun yeritmələri ilə eynidir. Belarusdakı bu Rusiya qüvvələri Ukraynaya hücum etmək üçündür? Bəlkə də. Bəlkə də yox. Yoxsa onlar sizin üçündür? Xatırlatmaq istəyirəm ki, Belarus üç NATO ölkəsi ilə həmsərhəddir. O, (Ukraynaya qarşı) hərbi əməliyyatlar üçün platsdarm olub”.

Ukrayna Prezidenti əlavə edib ki, Putin Belarusu sadəcə Rusiyanın bir regionu kimi görür. Zelenski Avropanı vaxtında tədbir görməyə və Avropa ordusu yaratmağa çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam