Abxaziyanın qondarma prezident kəndinə qaçdı - Müxalifət əhalini küçələrə çağırdı/FOTOLAR
Abxaziyada müxalifət vətəndaşları bu gün mitinqə çıxmağa çağırıb. Onlar kütləvi etirazlardan sonra doğma Tamış kəndinə getmiş prezident Aslan Bjaniyanın istefasını tələb edirlər.
Yenixeber.org: Məlum olduğu kimi, dünən Abxaziyada müxalifət təmsilçiləri separatçı rejimin qondarma parlament, Nazirlər Kabineti, prezident administrasiyası binalarını nəzarət altına almışdılar. Regionda qondarma Abxaziya parlamentinin Rusiya ilə investisiya layihələri reallaşdırılması sazişinin ratifikasiyası ilə bağlı aksiyalar keçirilir.
Bu gün Abxaziyada parlament binasının qarşısında növbəti mitinq keçiriləcək.("Vestnik Kavkaza")