Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” -İLGİNC

Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bağlı şikayətlərin ardı-arası bitmir.

Yenixeber.org: Qanunsuz tikinti icazələrindən tutmuş büdcə talanına, məmur süründürməçiliyindən tutmuş tender maxinasiyalarına qədər ən müxtəlif qanun pozuntusu bu qurumun gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Ramin Abdullayevin rəhbərlik etdiyi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin korrupsiyalaşmış məmurlarından biri də sədrin xüsusi etimadını qazanan Cavid adlı şəxsdir. Yaxın çevrəsində “dollar Cavid” kimi tanınan bu şəxsin sözügedən ləqəbi onun dollara olan hədsiz sevgisi ilə bağlıdır. Elə bu sevginin nəticəsidir ki, Cavid adlı bu şəxs verdiyi bütün qanunsuz tikinti icazələrinə, habelə göz yumduğu qanunsuz tikililərə görə istədiyi rüşvəti manatla deyil, məhz dollarla tələb edir.
Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda maraqlı nüanslardan biri də ondan ibarətdir ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən keçirillən tenderlərin böyük əksəriyyəti də “dollar Cavid”ə yaxın olan şirkətlər tərəfindən udulur. Yaxın dostlarını tenderlərdən qalib çıxaran “dollar Cavid” bu “zəhmətinin” qarşılığı olaraq 100 min dollarla mənfəət əldə edir. Elə buna görə də Ramin Abdullayevin gənc kadrı çalışdığı idarə və çevrəsində tender maxinasiyalarının baş qəhrəmanı olaraq tanınmaqdadır.

Mövzunu davam etdirəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam