Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Telekanallara İlhamə Quliyeva ilə bağlı -QADAĞA

 

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva bacısı ilə bağlı qadağa qoyub.

Yenixeber.org bildirir ki, o “Tarixin bir günü” verilişində televiziya kanallarına rəsmi şəkildə müraciət ünvanlayacağını söyləyib.

O bildirib ki, bundan sonra efirə onun bacısını müzakirəyə çıxarmağa icazə verməyəcək: 


“Sonradan efirdə bacım haqqında səviyyəsiz söhbətlər edirlər. Tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətlərini efirdən yığışdırsınlar. Sənətindən, gözəlliyindən danışsınlar...

O gözəllikdə bir sənətkar dünyasını dəyişdi. İlhamə xanımın xasiyyəti çox gözəl idi. Kini yox idi, sərt idi...

O bilirdi kimə sərt olmaq lazımdır. Rəhmətə gedib, o, artıq yoxdur. Ölünün arxasınca danışmaq günahdır. Vəkilim var. Rəsmi qaydada məhkəməyə müraciət edəcəyəm.

Tələb edirəm, heç bir televiziya kanalı İlhamə xanımı müzakirəyə qoymasın. Qadağa qoyuram və bununla bağlı rəsmi müraciət hazırlanır”.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam