Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi-FOTOFAKT

 

Dünən elektron mediada Gəncədə, şəhərin Gülüstan qəsəbəsi Aydın Nəbiyev küçəsində avtomobil yollunun çökməsi barədə məlumat yayılmışdı.

Yenixeber.org: Sözügedən videoda yolun bir hissəsinin tamamilə çökdüyü görünür. Sakinlərin verdiyi məlumata görə, bir müddət əvvəl bu əraziyə su və kanalizasiya xətti çəkilib, ardından qazılan yerə asfalt örtüyü döşənib. Lakin sonradan asfalt örtüyünün müəyyən hissəsi çöküb.Bu məlumat ətrafında araşdırma aparmaq qərarına gəldik.

Məlum olduğu kimi Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən satınalmalar yolu ilə layihələrinin həyata keçirilməsinə xərclənir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Bəs dövlətin ayırdığı bu qədər vəsaitin qarşısında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olmasına nə ad vermək olar?

İndi gəlin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Gəncə şəhərində yalnız yolların əsaslı təmiri işlərinin satınalınması üzrə bağladığı müqavilələrə diqqət yetirək.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.970.850,36 manat məbləğinə satınalma müqaviləsi 04.05.2020-ci ildə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində  abadlıq işlərinin satınalınmsı 3.174.710,26 manat məbləğinə satınalma müqaviləsi 10.07.2020-ci ildə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.971.349,16  manat məbləğinə satınalma müqaviləsi 27.05.2021-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.972.180,49 manat məbləğinə satınalma müqaviləsi 24.09.2022-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 9.915.755,65 manat məbləğinə satınalma müqaviləsi 24.08.2023-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə keçirilən açıq tender 05.11.2024 -cü ildə yekunlaşıb  və “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 9.847.742,45 manat məbləğinə satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, bu məlumatlar dəyəri milyon manatdan yuxarı olan satınalmalar üzrə hesablanıb. Gəncə şəhərində hər il küçə və prospektlərdə abadlıq, yolların əsaslı təmiri, abadlıq-quruculuq işlərinin satın alınması məqsədi ilə ayrılan yüz minlərlə manat dövlət vəsaitləri də var ki, müəmmalı MMC-lər vasitəsi ilə təyinatından kənarlaşdırılıb.
Qayıdaq Gəncədə yolun çökməsinə. Göründüyü kimi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi təkcə yolların təmirinə son dörd ildə 25 004 844 manat məbləğində beç satınalma müqaviləsinin bağlanılıb.
Qeyd edək ki, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur.
Amma açıq mənbələrədə açıqlanmasa da “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri, yəni əsas pay sahibi Aqibət Məmmədovdur. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır. Hələ 2017-ci ildə Aqibət Məmmədovun Belarusun paytaxtı Minskin mərkəzində, keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirməsi barədə məlumatlar yayılmışdı.O, ötən illərdə oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.
Göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son dörd ildə Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasına 25 milyon manatdan çox vəsait xərcləyib. Qeyd edək ki, bunlar Niyazi Bayramovun  2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edilməsindən sonra ayrılan vəsaitlərdir. 25 milyon vəsaitin qarşısında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olması, tez-tez çökməsi isə İcra başçısı Niyazi Bayramovla iş adamı Aqibət Məmmədovun işbirliyinin bariz  nəticəsidir.(Aktualinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam