Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib

 

Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin siyahısında dəyişiklik edilib.

Yenixeber.org-un məlumatına görə, bununla bağlı ETN kollegiyası qərar qəbul edib.

Qərarla Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kolleci həmin siyahıya əlavə edilib.

Digər qərarla Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin siyahısında “Peşə təhsili mərkəzləri” bölməsinə aşağıdakı məzmunda əlavə edilib:

- Ağdam Dövlət Peşə Təhsil Mərkəzi
- Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Bərdə Dövlət Peşə Təhsil Mərkəzi
- Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi
- Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi
- Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Ticarət və Xidmət Sahələri üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
- Tovuz Dövlət Peşə Təhsil Mərkəzi

Eyni zamanda Salyan Peşə Liseyinin adı dəyişdirilərək Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyi adlandırılıb.(“Report”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam