Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Pul qazanmaq üçün çay yatağını dağıtdılar, kəndlər susuz qaldı -VİDEO

Bakupost.az
Tovuz rayonunun Alakol kəndində, Zəyəm çayının yatağında və kəndin örüş yerlərində qazıntı işləri aparılır. Kənd sakinləri isə bu qazıntı işlərinin qanunsuz olduğunu deyirlər. Bildirirlər ki, qazıntı işləri aparan şəxslərin heç bir hüquqi sənədi yoxdur.
Yenixeber.org: Onların sözlərinə görə, Yusif adlı bir şəxsi qazi adı ilə özünü qabağa verib çayın yatağını qazır, daş-çınqıl, qum çıxarıb satırlar. Bu şəxslər ərazidən keçən, ətraf kəndləri içməli su ilə təmin edən su borularını deşiblər. Nəticədə kənd sakinləri susuz qalıb.
Üstəlik, ərazidəki su filterlərinin də üstü açılıb, təhlükəli vəziyyət yaranıb. Şikayətçilər deyirlər ki, yataq plansız şəkildə qazıldığından çayın axını da dəyişir, bu isə istənilən halda sel təhlükəsi yarada bilər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu unvanladıq. Qurumdan bildirildi ki, müraciətdən sonra nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları həmin əraziyə cəlb olunublar. Yerində aparılmış araşdırma nəticəsində sözügedən ərazidə icazəverici sənədləri olmadan qanunsuz qazıntı işlərinin aparılmasına dair fakt öz təsdiqini tapıb. Aidiyyəti qurum tərəfindən qazıntı işləri dayandırılıb, qanunuvericiliyə uyğun olaraq həmin şəxslərə cərimə tətbiq olunub, həmçinin qazıntı aparan şəxslər ərazidən uzaqlaşdırılıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam