Parlament gələn ilin büdcəsini müzakirə edəcək -Tarix AÇIQLANDI
Milli Məclisdə gələn həftədən büdcə müzakirələrinə başlayır.
Yenixeber.org-un məlumatına görə, noyabarın 18-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2025-ci ilin büdcə layihələri müzakirə ediləcək.
"2025-ci il dövlət büdcəsi haqqında”, "2025-ci il üçün yaşayış minimumu haqqında”, "2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2025-ci il üçün dövlət büdcəsi haqqında”, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.
Daha sonra isə qanun layihələri parlamentin digər komitələrində müzakirəyə çıxarılacaq.
Maliyyə Nazirliyinin oktyabrın 16-da verdiyi məlumata görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
2025-ci il dövlət büdcəsinin gəlirləri 38 316 000,0 min manat, xərcləri 41 367 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 520 952,0 min manat, yerli gəlirləri 795 048,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 567 265,0 min manat, yerli xərcləri 800 335,0 min manat) məbləğində təsdiq edilib.