Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

HAKİM PARTİYADAN NAMİZƏDLƏRİNƏ QƏRİBƏ QADAĞA –Təşviqat xərclərini də namizədlərin üzərinə qoyub

2023-cü ili 10 milyon 169 min manatlıq büdcə ilə başa vurmuş hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabr növbədənkənar parlament seçkilərinə zəif təbliğat-təşviqat kampaniyası ilə diqqət çəkir.

Yenixeber.org: Qeyd edək ki, iqtidar partiyası 125 dairənin hər biri üzrə namizəd irəli sürüb. Elan olunan siyahıdan 50-yə qədər namizədin “qurbanlıq” olduğunu ehtimal etmək olar. Bu dairələrdə 730 minlik partiyanı əsasən müəllimlər, mədəniyyət qurumlarında, bələdiyyələrdə vəzifə tutan sıravi şəxslər təmsil edir. YAP bu seçki dairələrində bitərəflərin, yaxud müxalifət partiyalarının nümayəndələrinin seçilməsinə şərait yaradır. Məsələn, paytaxtdakı 30 dairənin cəmi 11-də hakim partiyanın namizədlərinin deputat seçiləcəyini ehtimal etmək olar. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə 4 namizəddən hamısı, Sumayıt seçki dairələrinin 6-dan 5-də YAP namizədləri şanslı görünür.

Təbliğat-təşviqat kampaniyasının zəif olmasına gəlincə, redaksiyamıza daxil olan məlumata görə, Mərkəzi Aparatdan verilən tövsiyə bir çox namizədlərin “əl-qolunu” bağlayıb”. Rəhbərlik bildirib ki, təşviqat mərkəzləşmiş qaydada, partiyanın özünə məxsus media və sosial şəbəkə səhifələrində aparılmalıdır. Yəni namizədlər təşviqat materiallarını bu resurslarda yaymalıdır. Müstəqil media ilə əməkdaşlıq rəsmən qadağan olunmasa da, hakim partiya namizədləri “yuxarıdan” verilən tövsiyələrə uyğun olaraq saytlarla və qəzetlərlə əməkdaşlıq etmək istəmirlər.

Digər məlumata görə, üzvlük haqlarından və digər mənbələrdən böyük gəlirləri olan YAP, namizədlərinin yalnız təşviqat plakatlarının çapının xərcini öz büdcəsindən ödəyib. Qalan bütün xərclərin çəkilməsi namizədlərin öz üzərinə qoyulub.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam