Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Ukrayna ordusunun növbəti uğuru:  Rusiyanın daha bir şəhəri...

Ukrayna ordusu Rusiyanın daha bir şəhərinə girdi - VİDEO

 Ukrayna hərbçilərinin Rusiyada daha bir kəndi ələ keçirməsi barədə görüntülər yayılıb.

Yenixeber.org: Məlumata görə, sosial şəbəkələrdə paylaşılan görüntülərdə ukraynalı hərbçilərin Rusiyanın Belqorod vilayətinin Poroz kəndində olduğu görünür.

Videoda görünən hərbçilər 252 saylı batalyonun Belqorod vilayətinin Poroz kəndində olduğunu bildirirlər. Video “Porozovski kənd klubu” yazısı olan binanın qarşısında çəkilib. Hərbçilər Ukrayna Silahlı Qüvvələrinin 252-ci batalyonunun və Gürcüstanın bayrağını tutur.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov yerli rəsmilərlə görüşdən sonra Poroz kəndində vəziyyətlə bağlı “ziddiyyətli məlumatların” olduğunu bildirib.

“Bir tərəfdən hamımız kənd Mədəniyyət evinin fonunda çəkilmiş videonu gördük. Digər tərəfdən, yenicə gedən sakinlər düşməni görmədiklərini və heç bir atəş səsi eşitmədiklərini deyirlər”, - Qladkov teleqram kanalında yazıb. 

O əlavə edib ki, ilkin məlumatlara görə, kənddə 10-a yaxın insan qalıb və “antiterror əməliyyatı” rejimi çərçivəsində Poroza giriş bağlanıb. 

Qubernator qonşu Dunayka kəndində də vəziyyətin gərgin olduğunu deyib. 

Qeyd edək ki, Ukrayna ordusunun Kursk vilayətində hücumu davam edir. Rusiya hakimiyyəti Ukrayna ilə həmsərhəd üç bölgədə “antiterror əməliyyatı” başlatdığını bildirib.

Bundan əvvəl Ukrayna ordusuna yaxın teleqram kanallarında Rusiyanın Sudja şəhərinin ələ keçirildiyi barədə xəbərlər və görüntülər paylaşılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam