Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Adı FETÖ ilə əlaqədə hallanan qoruq rəhbəri niyə yenidən deputat olmaq istəyir? -İLGİNC

Adı FETÖ ilə əlaqədə hallanan qoruq rəhbəri niyə yenidən deputat olmaq istəyir?

Xəbər verdiyimiz kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri, keçmiş deputat Şahin Seyidzadə yenidən deputatlığa namizədliyini irəli sürüb. Ş.Seyidzadə bu dəfə seçkilərə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən qatılacaq.

Yenixeber.org: Xatırladaq ki, Şahin Seyidzadə 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə millət vəkili seçilib. Lakin Ş.Seyidzadə 2022-ci ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Prezident tərəfindən mühüm posta rəhbər təyin edilməsindən cəmi iki il sonra Şahin Seyidzadənin yenidən deputatlığa namizədliyini irəli sürməsi ictimai dairələrdə xeyli sual və müzakirələrə səbəb olub. İddialara görə, “İçərişəhər”in rəhbəri kimi qısa fəaliyyəti dövründə yol verdiyi ciddi nöqsanlar, medianın gündəminə mütəmadi olaraq qalmaqallı xəbərlərlə gəlməsi və bunun nəticəsi olaraq vəzifədən alınacağını ehtimal etməsi Seyidzadəni yenidən deputatlığa namizəd olmağa məcbur edib. Qoruq rəhbəri hazırda bütün əlaqələrini işə salaraq, millət vəkili seçilməyə cəhd edir.

Xatırladaq ki, bir müddət əvvəl Şahin Seyidzadə medianın gündəminə şok korrupsiya ittihamı ilə gəlmişdi. Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ağsaqqallar Şurası sədrinin müavini Saləddin Allahverdiyev Seyidzadəni dövlət qoruğunu şəxsi biznes obyektinə çevirməkdə ittiham etmişdi. Saləddin Allahverdiyev qeyd etmişdi ki, İçərişəhərdə yaşayan insanların problemləri, tələbləri onun üçün heç bir əhəmiyyət kəsb etmir.

Şikayətçinin iddiasına görə, İçərişəhərə daxil olan avtomobillərdən gün ərzində yığılan 8 min manat vəsait rəsmiləşdirilmir: “Bundan başqa İçərişəhərdə baş tutan film çəkilişləri və digər tədbirlərdən alınan vəsaitlər də mənimsənilir”.

Qeyd edək ki, Şahin Seyidzadə deputatlığa qədər uzun müddət təhsil sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Ötən seçkilər zamanı bir sıra media resurslarında “FETÖ-nün Azərbaycandakı məmur agentləri – Sensasion adlar” adı altında yayımlanan məqalələrdə məhz Şahin Seyidzadə ictimaiyyətə FETÖ-nün təhsil sahəsindəki əsas simalarından biri kimi təqdim olunub. Biz bu ittihamların nə qədər həqiqəti əks etdiyini deyə bilməsək də, qeyd etməliyik ki, ittihamlar Şahin Seyidzadə tərəfindən indiyədək rəsmi şəkildə təkzib edilməyib. Ən azından internet mediada belə bir təkzibə rast gəlmək mümkün olmadı.(editor.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam