Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Dövlət Neft Fondu icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva ölkədən qaçdı - İLGİNC

img

Müstəqilliyimizin ilk illərində Azərbaycana sərmayə qoyan kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varisləri ölkədən gedib.

Yenixeber.org: Bildirilib ki, Müdüroğlu ailəsinin gəlini olan Dövlət Neft Fondu icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva da həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.

Buna səbəb isə “Landmark” Biznes Mərkəzinin sahibi olan Müdüroğlu ailəsinin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub.

Nərgiz Nəsrullayeva da Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisidir.

Qeyd edək ki, ailənin sahib olduğu “Landmark” ölkədə ilk biznes mərkəzlərindən sayılır.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.

“Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.

O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.

Məlumata görə Nəsrullayeva Nərgiz Müdüroğlu 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.

Dövlət Neft Fondundan isə Nərgiz Nəsrullayeva ilə bağlı konkret fikir bildirməyiblər.

“Nərgiz xanımın işə çıxıb-çıxmamasından məlumatsızıq”, - deyə Fondun İctimaiyyətlə Əlaqələr Departamentinin adının çəkilməsini istəməyən əməkdaşı əlavə edib.(Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam