Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ural çayı Orenburqu "yuyur" -Sakinlər şəhəri tərk edir...

Rusiyanın Orenburq şəhərinin meri Sergey Salmin Orskda bəndin dağılmasından sonra mümkün daşqınlar səbəbindən şəhərin bütün sakinlərini təxliyə etməyə çağırıb.
Yenixeber.org: O, bu barədə "Telegram"da yazıb.
"Su gecələr gələ bilər, siz öz həyatınız və yaxınlarınızın həyatını təhlükəyə atırsınız! Mütləq daşqın zonasında olan hər kəs evini tərk etməlidir. Evakuasiyanı təxirə salmayın!" - Salmin bildirib. 
Onun sözlərinə görə, yaxın iki gündə vəziyyət daha da pisləşəcək. "Mütəxəssislərin fikrincə, suyun səviyyəsi təhlükəli həddi keçəcək. Bunu gözləməyin! İndi çıxın", - o qeyd edib.
Salmin bildirib ki, aprelin 8-dən etibarən Orenburqda daşqınla bağlı vəziyyət pisləşir və şəhərdə fövqəladə vəziyyət rejimi qüvvədədir. Bu gün səhər saatlarında Ural çayında suyun səviyyəsi 872 sm olub və təhlükəli həddə - 930 sm-ə yaxınlaşır.
Artıq 2015 torpaq sahəsi və 1535 təsərrüfat su altında qalıb. Onlardan 188-i - son 24 saat ərzində.
Son siyahıyaalmaya görə, Orenburq şəhərinin əhalisi 543 654 nəfər təşkil edir. 
Xatırladaq ki, aprelin 5-də Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərində Ural çayında bənd qırılıb. Şəhərin bir çox ərazisi su altında qalıb. Digər şəhərlər də daşqın təhlükəsi ilə üzləşib, aprelin 7-də axşam saatlarında Orenburq vilayətində Ural çayında suyun səviyyəsi 864 sm-ə çatıb. Daşqınla bağlı vəziyyət kritik olaraq qalır, su səviyyəsi yaxın günlərdə yalnız artacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam