CƏMİYYƏTİN SÜZGƏCİ
CƏMİYYƏTİN SÜZGƏCİ
“Aslan dişinə,kişi işinə güvənər”,”Elmin sirrini alim bilər”
Atalar sözü
Yenixeber.org: Hömətli oxucular, mən bu yazımı qarşıdan gələn Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr edirəm.
Azərbaycan xalqı və torpagı SSRİ partiya və dölət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əlirza oğlu Əliyev, Müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev, Azərbaycan Cümhuriyyəti Milli Şurasının Sədri Məhəmməd Əmin Rəsulzadə, Sovet pariya və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanov, İctimai xadim, Azərb. Xalq yazıçısı, Azərbaycan Respublikası EA akademiki, SSRİ Dövlət mükafatı laureatı, Benəlxalq Hehru mükafatı laureatı, Azərbaycan Respublikası əməkdar incəsənət xadimi Mirzə Əjdər oğlu İbrahimov,iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanov, iki dəfə Sosialist Əməyi Qərəmanı Bəsti Məsim qızı Bağırova, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Mahmud qızı Həsənova, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Bəstəkarlar İttifaqının katibi, SSRİ Dövlət mükafatı laureatı Qara Əbülfəz oğlu Qarayev, SSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin 1-ci katibi, SSRİ Dövlət mükafatı laureatı Salahov Tahir Teymur oğlu, Musiqişünas, alim, SSRİ xalq artisti, Azərb.Respublikası EA akademiki Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov kimi ... vətənpərvərlər yetirmişdir və indi də yetirir.
Azərbaycanmız hər tərəfli əvəzsiz sərvət mənbəidir. Elmi kadrlarımızın və sərvətimizin qədrini yetərincə bilməyimiz borcumuzdur.
Üstündə yaşadığımız torpaq ərazimiz cənnət məkanıdır. Əvəzsiz yeraltı və yerüstü qiymətli sərvətlə zəngindir. Vətəndaşlarımız var ki, qədir və qiymətlərini nə iləsə ölçmək, çəkmək və müqayisə etmək mümkünsüzdür. Yeraltı və yerüstü sərvətləri xalqın istifadəsinə vermək üçün dərindən düşünüb yaradan üç qrup- elm insanları, torpağını işğalçılardan mühafizə edərək həyatını qurban verən müharibə qəhrəmanları və əmək qəhrəmanlarıdır. İkinci və üçüncü qrupu idarə edən isə elm insanlarıdır.
Əvvəllər də çıxışlarımda qeyd etmişəm ki, kütləvi halda insan qırğınına şərait yaradan ictimai quruluşu müharibələr yolu ilə dağıtmaq yox, əhalini maarifləndirərək içtimai quruluşu inkişaf etdirmək lazımdır. Qeyd etdiklərimi faktlarla göstəməklə yanaşı imkanım daxilində kicik bir hissəsini oxucuların diqqətinə çatdırmaq istəyirəm. Bunları mənə diqtə edən obyektiv səbəblər var.
Marksizmin çətiri altında gizlənib Oktyabr inqilabı vasitəsilə sosializm quruculuğunu zorakılıqla həyata keçirən Lenin anlamadı ki, insanların xüsusi mülkiyyətini əlindən alıb dövlət mülkiyyətinə verməklə nəinki Rusiya imperiyasına bütün Yer kürəsinə bədbəxtlik gətirəcəkdir.
Tarixi faktlara nəzər yetirib görək Leninin sosialist inqilabı Azərbaycan xalqına üzdən iraq hansı xoşbəxtliklər verib. Məlumatlarımda Oktyabr İnqilabı ordenini unutmuşam yox, özüm bilə-bilə xatırlamaq və xatırlatmaq istəməmişəm.
“Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hər tərəfli müzakirədən sonra onlar belə bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycan Milli Şurası elan edirlər.
Bu iclasda Milli Şuranın Rəyasət Heyəti seçilir. Rəyasət Heyətinə “Müsavat” Partiyası və partiyasızların demokratik qrupu tərəfindən M.Hacınski, H.Yusibbəyov, X.Xasməmmədov, M.Y. Cəfərov, müsəlman sosialist partiyalarından X.Məlik Aslanov C.Hacınski, sosial-demokrat (menşevik) “Hümmət” qrupundan Ə. Şeyxülislamov, Rusiya müsəlmanlarının “İttihad” partiyasından isə doktor X.Sultanov daxil olur. Gizli səsvermə yolu ilə M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
May ayının 28-də keçmiş Qafqaz canişinin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilir. Uzun və hərtəfli müzakirədən sonra Milli Şura böyük ruh yüksəkliyi ilə, ayaq üstə və sevinc yaşları içərisində Azərbaycan istiqlaliyyəti haqqında bəyannamə qəbul edir.
Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzun müddətli mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə heyəti 1920-ci il yanvar ayının 12-də sülh konfrasındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldular.
Lakin XI Qızıl Ordu tərəfindən Azərbaycanın işğalı bütün bu işləri yarımçıq qoydu.
1920-il aprelin 22-də öz süqutundan beş gün əvvəl Azərbaycan Cümhuriyyəti Parlamenti Paris Sülh konfrasında öz missiyasını yerinə yetirmiş Azərbaycan nümayəndə heyətini buraxmaq və Qərbi Avropa ölkələrində (İngiltərə,Fransa,İtaliya, İsveç ,Polşa və ABŞ-da) diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul edir.
Azərbaycan Xalq Cümhuriyyəti ərazi məsələlərinə münasibətdə reallıqlardan çıxış etmək tərəfdarı idi. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin məlumatlarına görə 1919-cu ilin axırlarında Azərbaycan Cümhuriyyətinin ərazisi 113.9 min kv kilometr idi ki, ondan 16.6 min kv. kilometri mübahisəli ərazi idi. Ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycanla Gürcüstan arasında gedən danışıqlar nəticəsində ümumi razılığa gəlmək mümkün olursa da, Ermənistanla heç cür razılığa gəlmək mümkün olmamışdır.
ASE-də göstərilir:DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİ ( DQMV)-Azərb SSR-də vil. 1923 - il iyulun 7-də təşkil edilmişdir. Sah 4.4 min kv.km əhalisi 156 min, (1977, 1 yanvar). 5 rayonu (Əskaran, Mardakert, Martunu, Hadrut və Şuşa). Mərkəzi Stepanakert ş.-dir, (ASE c. III, səh.308).
Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısındakı ən böyük xidməti ondadır ki, o, özünün qısa müddətli (cəmi 23 ay) fəaliyyəti dövründə xalqımızın istiqlaliyyətini elan etmiş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə sübuta yetirmişdi” ( Ataxan Paşayev,TEN.”Azərbaycan”q.21-23 May 1998-ci il).
Zorakılıqla həyata qədəm qoyan SSRİ kimi imperiya yarandığı gündən zorakılıqla da fəaliyyətə başladı. Bəy kimi tanınıb işləməyi bacaranları divara dirəyib güllələdi. Minlərlə Azər türklərini Qazaxıstanın, Sibirin, Saxalının insan yaşamayan çöllərinə sürgün etdi. Hətda qucagında üç yaşı olan körpənin anasına belə rəhm etmədi. Ziyalılarımızı həbs etdrib həbsxanalarda xalq düşməni kimi məhv etdirdi. Məhsuldar torpaqlar, fabriklər, zavodlar dövlətin mülkiyyətinə verildi.
Hitler Almaniyası ilə müharibəyə Azərbaycandan altı yüz min nəfər yola salındı. Müharibəyə gedənlərin üç yüz min nəfəri geri qayıtmadı. Geri qayıdanların əksəriyyəti əsəbi, əmək qabiliyyətini itirmiş-şikəst vəziyyətdə həyat sürdülər.
Böyük Vətən müharibəsindən sonra kənddə yaşayanlara pasport verilmirdi ki, zorən kənddə qalıb kolxozda işləsinlər. Minimum əmək normativini yerinə yetirməyən məsuliyyətə cəlb olunurdu. Kolxozda işləmək istəməyənlər ağıla sığmayan məişət zorakılıqlarına məruz qalırdılar. Nəhayət kolxozda işləməyənlər işləməyin yolunu “kəşf” etdilər.Yaz fəsli başlanan zamandan payızın sonuna kimi əli iş tutan kənd camaatı dəstələr təşkil edib Qazaxıstan çöllərində fəhləliklə pul qazanıb maliyyə vəziyyətlərini yaxşlaşdıraraq yaşamaq üçün yaşayış mənzilləri də inşa etməyə başladılar. İmkanı olanlar isə işləyib yaşamaq üçün sənaye mərkəzlərinə, şəhərlərə üz tuturdular.
N.S. Xruşşovun xidmətinin kəramətindən maddi aristotal məntiq artıq vəzifə başında əyləşənlərin beyninə həkk olmuşdu. 70-ci illərdə aylıq əmək haqqı 120-150 rubl (ən yaxşı halda elmlər namizədi olan direktor vergi tutulandan sonra 350 rubl əmək haqqı alırdı) olanlar şübhəsiz ki, dövlət əmlakına göz tikirdilər. Faktlardan göründüyü kimi sosialist ictimai quruluşunda zorakılıq üzdən iraq haqq rolunu oynayırdı.
Bəs Sovet sosialist ictimai qruluşunun Böyük Vətən müharibəsindən sonra siyasəti necə nizamlanmışdı? Yer kürəsində insan yaşayan beş qitəsində yerləşən ölkələrin dördündə zorakılıqla sosializm ictimai qruluşuna keçməyə müxtəlif yollarla məcbur edilirdi.
Mənim ən çox sevdiyim bilgi mənbəyi ASE-dir. Baş redaktor C.B.Quliyevin və 24 nəfərdən tutmuş 32 nəfərdən ibarət Baş redaksiya heyətinin gərgin əməyi ilə başa çatan bu bilgi mənbəyi 1976-cı ildə başlanıb 1987 -ci ildə tam olaraq oxucuların istifadəsinə verilmişdir.
Ensiklopediyanın tərtibçilərinə yox, mənim iradlarım şöhrətli insanlara fəxri titullar verənlərədir.
Elm-insanın əməli və nəzəri faliyyətinin spesifik sahəsi; İctimai şüur formalarından biri. Elmin cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına və ictimai həyatın müxtəlif sahələrinə təsirinin sosial nəticələri mühümdür. Elım həmçinin təbiət, cəmiyyət və təfəkkürün inkişaf qanunları haqqında biliklər sistemidir.
Elmi titulu olan və ona bərabər titullu şəxslərin sayı 595 nəfər olduğu halda Sosialist Əməyi Qəhramanı adına layiq görülən şəxslərin sayı 434 nəfərdir. Bu da 72,94 %-i təşkil edir.Ancaq 434 nəfərdən yalnız 22 nəfəri elmi titulu olan şəxslərdir ki, bunlar də yekunda 5.07 %-yer alır. Axı ictimai quruluşu irəli aparan elm insanlarıdir.
İttifaq hökuməti dövlətin və ictimai quruluşun yaşaması üçün tərtib etdiyi qnunvericilik aktları əsasında zəhmət insanlarını mükafatlandırmışdır. İttifaq miqyasında 14 nəvər Lenin mükafatı laureatı, 136 nəfər SSRİ Dövlət mükafatı laureatı, 106 nəfər Azərbaycan Respublikası Dövlət mükafatı laureatıdırlar. 4 nəfər SSRi Nazirlər Soveti mükafatı laureatıdır, 25 nəfər Azərbaycan Respublikası Lenin komsomolu mükafatı laureatı, 1 nəfər-şair, incəsənət xadimi Nəbi Xəzri Ümumittifaq Lenin komsomolu mükafat laureatı, 4 nəfər Üzeyir Hacıbəyov adına Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, 7 nəfər Mirzə Fətəli Axundov adına Azərbbaycan Respublikası Dövlət mükafatı laureatıdırlar.
1.Necə olur ki, SSRİ xalq rəssamı adını alan və Beynəlxalq Hehru mükfatı laureatlı Abdullayev Mikayıl Hüseyn o. Respublikamızın Sosialist Əməyi Qəhramanı adına layiq görülməyib (cild 1,səh18) ?
2.Necə olur ki, SSRİ xalq rəssamı adını alan və YUNESKO yanında Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti Salahov Tahir Teymur o. Respublikamızın Sosialist Əməyi Qəhramanı ola bilməyib (cild VIII, səh.268.)? və ilə axır...
Böyük Vətən Müharibəsində 45 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Aslanov Həzi Əhəd o. almanların 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunu darmadağın etmişdir.(cild1,səh.437). Necə olur ki, Ounun ikinci dəfə S.İ.Q. adına layiq görülməsi halak olmasından 45 il keçəndən sonra aşkarlanır. Axı İ.V.Stalinlə M.C.Bağırovun əlaqələri ən yüksək səviyyədə olub.
Ordenlə təltif olunanlara diqqət yetirəkL
256 nəfər nəfər Lenin, 104 nəfər Qırmızı Ulduz,54 nəfər Qımızı Bayraq, 352 nəfər Qımızı əmək Bayrağı, 269 nəfər “Şərəf nişanı”,21 nəfər Şöhrət ,23 nəfər Xalqlar dostluğu ordenləri ilə tətif olunmuşlar. 10 nəfərə Əmək qəhrəmanı adı, 25 nəfərə SSRİ Xalq artisti, 121 nəfərə Azərb.Respub. Xalq artisti, 24 nəfərə Azərb Respub. Əməkdar artisti, 17 nəfərə Azərb. Xalq rəssamı, 16 nəfərə Əməkdar rəssam adı veriimişdir. 18 nəfər XTNS-nın qızıl və gümüş medalları ilə ilə təltif edilmişlər.
Respublikada iki dəfə Sosialist Əməyi Qərəmanı adına layiq görülən Əlyev Heydər Əlirza o., Bağırova Bəsti Məsim q (cild1, səh 533). və Həsənova Şamama Mahmudəli q.(cid 10, səh.215).olublar.
Mən düşünürəm ki, əgər Heydər Əliyevin Kremldə qalmasına imkan verilsəydi bu kimi qəhrəmanların sayı daha çox olar və Respublikamızın şöhrətini ittifaq daxilində yüksəltməklə yanaşı iqtisadi inkişafa daha güclü təkan verilə bilərdi.
KƏŞF,elmi kəşf-təbiət və çəmiyyət haqqında elmi biliklər sahəsində əldə edilən yeni nailiyyət. Elmin, texnikanın inkişafına prinsipcə yeni istiqamət verir və ictimai istehsalı kökündən dəyişir.
Bir cəhətə də diqqət yetirmək lazımdır. S.Ə.Q.adını alan 434 nəfər sırasında ancaq 22 nəfər elm insanı olmuşdur ki, bu da 5.07 %-i təşkil edir. Bu azlığı onunla izah edə bilərəm ki, elm insanının sinəsində parlayan S.Ə.Q. şərəfli ad sahibi olan Ali hakimiyyət qarşısında Respublika əhəmiyyətli tutarlı məsələlərin həlli yollarını göstərə bilər. Ali hakimiyyət isə onunla mübahisə edəni xoşlamır. Şübhəsiz ki, Sov.İKP MK-nın birinci katibi vəzifəsində əyləşdiyindən Stavropol gədəsi olaraq Marqaret Tetçerlə Roland Reyqanın yedəyində qyruq bulayıb siyasəti anlamadığından özündən səviyyədə qat-qat üstün olan H.Əliyevi sevməyəcəkdi. Bunu xatırlatmaq yerin düşər ki, NS sədri Rıjkov müsbət istiqamətdə H.Əliyevin adını hallandırmasından Qarbaçov hirslənirmiş.
Sovet İttifaqı Qəhrəmanı və həm də Sosialist Əməyi Qəhrəmanı Maşerov Pyotr Mironoviç (cild VI, səh 407) 62 yaşında və nadir incəsənət korifeyi Behbudov Rəşid Məcid oğlu (cild 2, səh.129) kimi vaxtsız dünyasını dəyişən şəxsiyyətlər unudulmurlar. Görəsən bu iki nəfər hansı “xəstəliklər”dən dünyalarını dəyişmişlər?
Rus polkovniki V.Savelyev haqqında
“Yeni Azərbaycan”qəzeti 11 noyabr 2001-ci il say 215
...R. Novruzoğlu açıqlamalarını davam edir. “OLAYLAR” İA-ya bildlrib ki, rus polkovniki V. Savelyev 02270 saylı (DQ) hissəsinin əks-kəşfiyyat şöbəsinin rəisi olub. “Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci ilin avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT- yə, Avropa Şurasına...sonda Baş Kəşfiyyat İdarəsinə “Məxfi arayış”larını təqdim edir. O, arayışlarını ”Zabit Puqacov” imzası ilə göndərib. Araşdırmalarımızın nəticəsi olaraq, bu arayışın mətni ilə tanış olduq. Polkovnik erməni terror təşkilatları ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə, ”Agentura”nın gücü ilə əldə etdiyi informasiyalarda bütün olub keçənlərin şərhini verib , etiraf edir.: “ ...Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların , hamilə gəlinlərin güllədən kecmiş bədənlərini unuda bilmərəm. Qoy, Azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də MN BKİ-nin generallarına göndərdim. Oxuyun- dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi...”
Polkovnik V.Savel yev ”Məxfi arayışında yazır: “Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda polkun ermənilər tərəfə keçib azərbaycanlıları qırması, hərbi texnikaya və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhımiyyət daşıyırdı...”
Fevral ayının 25-dən 26-na kecən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev “Məxfi arayış”ında qeyd edir: “... Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərg etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu sadəcə, tərgsilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. “Böyük Ermənistan” adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə bu, hələlik açıq qalmış məsələdir...”
Göründüyü kimi Sovet imperiyası milli məsələni həll etmədi və impeiya çökəndən sonra da şəxsi maraqlar naminə milli məsələni daha daha da alovlandırdi.
Səlahiyyətli şəxslərimizdən soruşuram, Polkovnik V.Savelyelə maraqlı olan varmı, indi o,haradadır, hansı işlə məşğul olur?
Mən fərziyyə yox, olacaqları və alınacaq qisası məsuliyyətimlə deyirəm. Heydər Əliyevin Kremldə qalmasına imkan verilsəydi ermənilər Xocalı vəhşiliyini törədə bilməzdilər. Artıq SSRİ imperiyası yoxdur. Rusiya var və iqtisadiyyatı dalana dirənən bu ölkə TAP və TANAP layihələrinin yaxın bir və iki il ərzində həyata kecirliməsi ilə əlaqədar olaraq Azərbaycana möhtacdır. İkinci Əliyev isə Müstəqil Azərbaycan hakimiyyətindədir. Xalqla,ordusu ilə əlbir olub Xocalının qisasını o, alacaq. Mənim buna hec bir şübhəm yoxdur.
Araşdlırmamı hazrlamaq və həqiqətləri tam ortaya çıxarmaq üçün ASE-dən bəhrələnib 27 sayda bölmə yaradıb ona istinad etmişəm. Araşdımamda elmi titulluları, S.İ.Q...və S,Ə.Q... ilə yanaşı Böyük Vətən müribəsi iştirakçısı, Böyük Vətən müharibəsi qəhrəmanı adı alanlarını, 1-ci və 2-ci dərəcəli Böyük Vətən müribəsi ordenləri ilə tətif olunanları və Y. Jukovski adına Hərbi Hava Akademiyasının məzunu, 2-ci dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunan... 500-dən artıq döyüş uçuşu keçirən Seyidməmmədova Züleyxa Həbib qızını da hörmətlə anıram.
1928-ci ildə SSRİ hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə Şıxlinski Əlağa İsmayıl Ağa o. mükafatlandırılmışdır.Bəli, bu şəxsiyyət unudulmayıb.
Bağırov Cahangir Mir Cəfər oğlu Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərsə də ASE-da adı qeyd edilməmişdir.
Şəkili, hərbi paradda sıravi əsgərə generaldan irəlidə addımlamaq hüququ verən şəxsi igidliyə görə verilən ən yüksək “Hərbi medal”la təltif olunan Əhmıdiyyə Mikayıl o. Cəbrayılovu şəxsən tanıyırdım. Onu Az. Kənd Təsərrüfatı İnstitutunun yataqxasında gördükcə söhbətləşir və onu böyük maraqla dinləyirdim.(cild 10,səh.407).
Araşdırmamın bu bölməsində 103 nəfər BVMİ, 29 nəfər BVMQ, 10 nəfər 1-ci, 15 nəfər 2-ci dərəcəli BVM orddeni ilə təltif və 3 nəfər partizan hərəkatının iştirakçısı olanlardır.
GÜNAHSIZ DÜNYALARINI VAXTSIZ DƏYİŞMİŞ ŞƏXSİYYƏTLƏR:
1. Nərimanov Nəriman Nəcəf o. partiya və dövlət xadimi.14.4.1870 - 19.3.1925 (cild . 8. səh.226). 55 il ömür sürmüşdür;
2. Qazıyeva Sevil Həmzət q. Azərbaycanda ilk qadın mexanizator,
S.Ə.Q. 1.6.1940 - 23.9.1963 (cild 2,səh.573). 23 il ömür sürmüşdür;
3. Bayramov Zakir Tofiq o. Fizika-riyaziyyat elmləri doktoru,ixtiraçı AMAKA-nın əməkdaşı 48 yaşında 2004-cü ilin dekabr ayında dünyasını dəyişmişdir.
1. Müşfiq –Mikayıl Mirzə Əbdülqadir o. İsmayılzadə. Azərbaycan respublikası poeziyasının yaradıcısı. 5.6.1908 - 12.3.1939 (cild VII, səh.141), 31 il ömür sürmüşdür;
2. Qurbanov Şıxəli Musa o. Filologiya elmləri doktoru 16.8.1925 -24.5.1967 (cild III, səh.277), 42 il ömür sürmüşdür;
3. Nağıyev Cahangir Musa o. Filosof 31.03.1903 - 15.11.1929 (cild VII,səh.145), 26 il ömür sürmüşdür.
1. Aslanov Həzi Əhəd o. S.İ.Q. 22.1.1910- 24.1.1945 (cild I,səh.437), 35 il ömür sürmüşdür;
2. Heydərov Arif Nəzər o. Dövlət xadimi-28.6.1926 -29.6.1978 (cild X, səh161), 52 il ömür sürmüşdür;
3. İsmayılov Tofiq Kazım o. Azərb. kosmik elmin banisi (21.06.1933 -21.XI.1991), 58 il ömür sürmüşdür.
Mənim maraq dairəmə düşən şəxsiyyətlərdən biri də BVM iştirakçısı, 1954 –cü il mart ayından Azərbaycan SSR Nazirlər Sovetinin Sədri vəzifəsində uzun müddət fəaliyyət gəstərmiş Sadıq Rəhimovun adı ASE-ə düşməmişdir. Onun haqqında geniş məlumat 11 may 2002-ci il tarixli Günay qəzetində verilmişdir.
Mövzudan sonra iki atalar sözlərinidən ibarət eipiqrafları oxucuların diqqətinə çatdırmaqla tərif üçün yazmamışam. Həmin epiqraflar həyatda sınaqdan keçib və indiki anda yazmağın yeridir. Hamıya məlumdur ki, respublikada çoxlu sayda nəzirliklərlə yanaşı hansı sayda rayon varsa orada da icra hakimiyyəti, prokurorluq, polis, maarif, mədəniyyət, təqaüd, səhiyyə... dövlət orqanları mövcuddur. Bunların hamısınnın beynində sovetdən qalma maddi aristotal məntiq kök salmışdır. Bəli bu məntiq sovetdən qalmadır. Sovetlərə kimi bizim millətdə bu formada məntiq olmamışdır. Bu məntiqi vəzifə kürsüsündə əyləşən insanların beynindən həbslə, zorakılıqla , təbliğatla çıxarmaq mümkünsüzdür.Bunun ücün Respublikanın Prezidenti müvafiq tədbirlər görür, fərmanlar imzalayır. Həmin sahələrə büdcədən ayrılan vəsiti azaldır, lüzumsuz vəzifələrii və vəzifəli şəxsləri ixtisara salır, idarə etmədə gənc və savadlı kadrları irəli çəkir və s.
Fəlsəfə-Təbiətin,cəmiyyətin və insan təfəkkürünün ən ümumi qanunauyğunluqları haqqında elm. O konkret elmlər ücün dünyagörüşü rolunu oynayır. Siyasət elmi, İqtisadi siyasət də fəlsəfə elminin bir qoludur. XX əsrdə Azərbaycanımızda dörd nəfər siyasət Əvvəlcə M.Ə İbrahimov haqqında. Bir dəfə N.S.Xruşşov bürodakı çıxışında açıq şəkildə deyib ki, biz M.İbrahimovu millətçiliyinə görə işdən çıxarırıq, amma biz onu əmrdə yaza bilmərik. Çünki, öz əleyhidarımızın əlinə dəlil verə bilmərik. Xruşşov onun haqqında çıxışında çox ağır və kəskin ifadələr işlədib.Sovet dövründə ona bir neçə dəfə təkid olunmasına baxmayaraq M.İbrahimov yazışmalarını yalnız Azərbaycan dilində aparıb.
5-incisi İlham Heydər o.Əliyevdir ki, O, artıq Yer kürəsində tanınır. Hərbi sənayeni sürətlə inkişaf etdirməklə yanaşı xaricə hərbi sürsat da satır. Onun Müstəqil Azərbaycanı müdafiə edən qüdrətli ordusu, yaradıb quran əli də, xarici siyasəti, daxili iqtisadi siyasəti də və danışan kəsərli dil qabiliyyəti də var. Gənc elmi kadrları müxtəlif sahələrdə ixtiraları ilə Müstəqil dövlətimizə keyfiyyətli töhfələrini verirlər.
Respublikada müxalifət kimi fəaliyyət göstərən İki qrupa müəyyən halları xatırlatmağı lazım bilirəm:
1-cisi: “20 yanvar faciəsinin səbəbkarı Kommunist partiyası yox, Benəlxalq imperializm idi” (xeberinfo.com 19.01.2016) yazan Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov və onun kimi Azərbaycan cörəyini yeyib şimala boylananlar. Bəs Xocalını insanları ilə bərabər odlara qalayan kimlər idi? 02270 saylı (DQ) hissənin əks-kəşfiyyat şöbəsinin rəisi rus polkovniki V.Savelyevin Xocalı faciəsinin ilkin məlumtlarını toplayıb BMT və Avropa Şurasına təqdim edilən “Məxfi arayış”ını oxumuşsunuzmu? Silahların ermənilərə veriməsində bilavasitə bir nəfər polkovnik, bir nəfər deputat, dörd nəfər generalla yanaşı Azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən dörd mayor,iki polkovnik və altı leytenant milliyətcə kimlər idi? Ədalət bəy, Sizin əqidənizcə bəlkə bu cəlladlar da Beynəlxalq imperializmin yaramazları idilər?
2-cisi Azərbaycan müxalifəti. Mən istəmirəm ki, həbsxanalarda siyasi məhbus adıyla insanlar əzab çəksinlər. Ancaq vətəndaşlar hakimiyyətlə, ictimaiyyətlə elə davranmalıdırlar ki, həbsxanalara düşməsinlər. Həbsxanada quldurlar, insan həyatına qəsd edənlər,hüquqi qaydaları pozanlar yatmalıdırlar.
Oxucuların diqqətinə sovet ictimai qruluşunun insanların milliyətinin ləğv dilməsinə yönəlmiş yöndəmsiz bir ictimai quruluş olduğunu çatdırmaq istəyirəm. Tək iki halı açıqlamaq yerinə düşər. SSRİ yaranandan sonra respublikamızın sənaye şəhərlərinə-Bakıya Sumqayıta və Gəncəyə sürüylə əsaslı təmirdən cıxmış sarı saç, göy göz dişi caniklər ixrac etməyə başlamışdı. Həmin caniklər isə azərbaycanlılara özlərinin dedklərii kimi “sizə mədəniyyət öyrətməyə gəlmişik” kəlməsini hələ də xatırlayıram. . Bizimkilər də onlara “həri, yəhəri uzunqulağın belindən düşürüb öz belinizə qoydunuz ki, belinizdə rahat əyləşək” deyə cavablarını verirdilər...Respublikanın bütünlüklə Bank sistemində hec bir maliyyə əməliyyatlarından xəbərləri olmayan orta təhsilli göy göz caniklər fəaliyyət götərirdilər. Hazırkı dövrdə insanlar fiziki qüvvəsini və əqli mülkünü 80 yaşında itirirlər.Əgər insanlar həyatda çox yox, 150 il ömür sürə bilsəydilər bu ictimai quruluşun çürüklüyünü görə bilərdilər. Bu ictimai quruluş gedib, qoy getsin, bir daha geri qayıtmasın, qurulmasın. Müstəqil dövlətimizin atributları, qiymətli ordenləri, və medalları da var.
Hər tərəfli İnkişaf etmiş ölkələrdə müxalif partiyaların sayı maksimum üç, minimum iki sayda olur. Bizim Müstəqil respulikamızada isə sayı çox sambalı yox müxalif partiyaları mövcuddur. Bunların əksəriyyətinin kimdən xoşları gəlir və yaxud qorxurlar yarınırlar, xoşları gəlməyəni də şərləyirlər. Mən başa düşdüyüm odur ki, müxalif partiyaların sayı əhalimizin sayına (9,9 milyon) münasib iki partiyanın mövcudluğu daha münasibdir.
Müxalif patiya haqqında fikrimi yazandan sonra düz bir sutka düşündüm ki, müxalif partiyaları vacibdirmi? Düzünü deyim ki, hələ gəncliyimdən partiya və onun işi ağlımın süzgəcindən kecmirdi. Partiya boşboğazların, yarınanların, partiyadan partiyaya xəbər daşıyanların yurd-yuvasıdır.
Leninin sosialist ictimai quruluşunun çökməsinin səbəbini qısaca bəyan edirəm. İnsan “cəmiyyəti – geniş mənada insanların tarixən təşəkkül tapmış birgə fəaliyyət formalarının məcmusudur. Dar mənada bəşər tarixinin müəyyən mərhələsi (ictimai–iqtisadi formasiya... ) və ya sosial münasibətlərin müəyyən forması kimi başa düşülür”. İnsan cəmiyyətinin ağlının süzgəci onun dərkidir. İctimai quruluş insan cəmiyyətinin ağlının süzgəcindən keçməyib onu dərk etməyəndə darmadağın olur. Zorakılqla insan cəmiyyətinin dəkini dəyişmək mümkünsüzdür. Leninin anlamazlı da bax elə buradadır.
Siyasəti əla bilən, elmlər doktoru mənim ən yaxın dostum partiyaları bir-bir gəzə-gəzə axırda onları ifşa edib bir yolluq partiya işinə əlvida dedi.
Dövlətimizin möhkəm və əbədi olması üçün biz iqtidarlı müxalifətli Prezidentin ətrafında birləşməklə xalqımız üçün xoşbəxt gləcəyin özülünü qoymuş oluruq. Dünyanın bu mürəkkəb durumunda, ətrafımızın od tutub yandığı bir zamanda Respublikamızın müstəqilliyini mühafizə edib soydaşlarımızı xoş gləcəyə aparmaqda davam edirik və bu xoş gələcək İlham Əliyevin iştirakı,uzaq görənliyi ilə tam həyata keçəcəkdir.
Nəhayət yazdıqlarımın nəticəsi olaraq təklifimi verirəm
1.Nəriman Nəcəf oğlu Nərimanovun və Mirzə Əjdər oğlu İbrahimovun adına Orden təsis olunsun;
2.İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış Həzi Əhəd oğlu Aslanovun adına qızıldan medal təsis olunsun.
Araşdırmalarımda müxtəlif sahələr üzrə Vətəninə xidmət edən şöhrətli insanların mümkünsüzlükdən hamısının adlarını qeyd edə bilməməyimdən Vətəndaşlarımız qoy məni bağışlasınlar.
Dünya Azərbaycanlılarını 31 Dekabr Həmrəylik Günü münasibəti ilə təbrik edir, xoş günlər və həyatda yeni-yeni uğurlar arzu edirəm.
Quliyev Elxan Sarı o
26 dekabr 2017-ci il.