Ukraynanın da itkiləri artır -STATİSTİKA
Rusiya müharibənin 712-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 833 PUA-sı, 462 zenit-raket kompleksi, 14 908 tank və digər zirehli texnikası, 1 217 reaktiv yaylım atəş sistemi, 7 966 artilleriya və minaatanı, 18 248 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.