Ukrayna Zalujnınla bağlı ABŞ-a məlumat verdi
Ukrayna ABŞ administrasiyasını Prezident Vladimir Zelenskinin Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını istefaya göndərmək qərarı barədə məlumat verib.
Yenixeber.org: Məlumata görə, Ağ Ev bu qərarı nə dəstəkləyib, nə də etiraz edib.
Amerika administrasiyası Ukrayna Silahlı Qüvvələrinin baş komandanının istefaya göndərilməsinin ölkə prezidentinin suveren seçimi olduğunu qəbul edib.(“Vaşington Post”)