Finlandiyada seçkilər davam edir...
Finlandiyada keçirilən prezident seçkilərində seçicilərin 71,5 faizi iştirak edib.
Yenixeber.org: Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumilikdə 4.54 milyon seçicidən 3,25 milyonu səs verib.
Yerli mətbuat yazır ki, səslərin 97,4%-i hesablanıb. Keçmiş baş nazir Aleksandr Stab 27,1%, keçmiş xarici işlər naziri və deputat Pekka Haavisto 25,7% səs toplayıb. Onlar fevralın 11-də baş tutacaq ikinci turun iştirakçıları olacaqlar.