Ukraynanın itkiləri açıqlandı -SİYAHI
Rusiya müharibənin 697-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 957 PUA-sı, 450 zenit-raket kompleksi, 14 708 tank və digər zirehli texnikası, 1 203 reaktiv yaylım atəş sistemi, 7 799 artilleriya və minaatanı, 17 698 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.