Rus ordusunun bir sutkada itirdikləri -SİYAHI
Son 24 saat ərzində daha 440 rusiyalı hərbçi məhv edildi.
Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bu səhərə olan məlumata görə, Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 365 170 nəfərə çatıb.
Rus ordusu son sutkada canlı qüvvə ilə yanaşı, xeyli sayda hərbi texnika itirib.
Rus ordusunun bir gün ərzində qeydə alınan hərbi itkiləri:
- 9 ədəd tank;
- 14 ədəd zirehli döyüş maşını;
- 13 ədəd artilleriya sistemləri;
- 2 ədəd MLRS;
- 1 ədəd hava hücumundan müdafiə sistemləri;
- 11 ədəd PUA;
- 19 ədəd avtomobil texnikası və yük maşınları;
- 1 ədə qanadlı raket;
- 440 nəfər hərbçi.