Ermənistanla Fransa hərbi-siyasi məsləhətləşmələr keçirdi
Ermənistan və Fransa Müdafiə Nazirliklərinin nümayəndələri Parisdə hərbi-siyasi məsləhətləşmələr aparıb.
Yenixeber.org: Bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, məsləhətləşmələr zamanı regional və beynəlxalq təhlükəsizlik, eləcə də iki ölkə arasındakı münasibətlər müzakirə edilib. Bildirilir ki, görüş zamanı bir sıra məsələlər üzrə razılıq əldə olunub.(“Sputnik Ermənistan”)