Rusiyanın Ukraynadakı itkiləri açıqlandı -SİYAHI
Rusiya müharibənin 658-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9661 PUA-sı, 442 zenit-raket kompleksi, 14 026 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 322 artilleriya və minaatanı, 16 263 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.