ABŞ-ın yeni səfiri Bakıdadır -FOTO

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib.
Yenixeber.org: Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
"Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik", - səfirliyin məlumatında deyilir.