Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Tramp Baydendən qisas almaq istəyir

“Əgər yenidən dövlət başçısı vəzifəsinə seçilərsəm, ABŞ-ın hazırkı lideri Cozef Bayden və onun ailəsinin bütün mümkün cinayətləri ilə bağlı dərhal araşdırma aparılması barədə göstəriş verəcəyəm”.

Yenixeber.org: Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada Respublikaçılar Partiyasının tərəfdarları üçün keçirilən tədbirdə deyib.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi ilk günümdə Ədliyyə Departamentinin xüsusi prokuroruna Çindən və bir çox başqa ölkələrdən rüşvət almaq da daxil olmaqla, bütün şərəfsiz hərəkətlərlə bağlı ABŞ Konqresində verilən çoxsaylı bəyanatların hər birini araşdırmaq üçün göstəriş verəcəyəm”-deyə, o bildirib.

Qeyd edək ki, Ağ evin sabiq başçısına qarşı dörd maddə üzrə ittiham irəli sürülüb. ABŞ tarixində ilk dəfə olaraq sabiq prezident yalan məlumat yaymaqda ittiham edilir. Daha iki ittiham isə məxfi fayllarla səhv davranış və işgüzar qeydlərin saxtalaşdırılması ilə bağlıdır. Eyni zamanda, Corciya prokurorluğu 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə cəhdlə bağlı daha bir ittiham üzrə dördüncü cinayət işi aça bilər.

Hazırda Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparır. Sonuncu sosioloji rəy sorğularının nəticələrinə görə, onun və ABŞ-ın hazırkı Prezidenti Cozef Baydenin dəstək reytinqi eynidir – hər ikisi 43 faiz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam