Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Putin və Ərdoğan görüşü barədə açıqlama -RƏSMİ

 “Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər”.

Yenixeber.org: Bunu Rusiya  Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı deyib.

“Putin və Ərdoğan görüşün harada keçiriləcəyi və vaxt barədə yaxın gələcəkdə dəqiq qərar vermək barədə razılığa gəliblər. Bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək”, - deyə Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, liderlərin görüşü Türkiyə ərazisindən kənarda baş tuta bilər.

“Görüş yerinin Türkiyə ərazisində olması mütləq deyil. Prezidentin özünün Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dediyi kimi, indi onun ölkədə olması vacibdir. Ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir”, - deyə Peskov vurğulayıb.

O bildirib ki, Putin və Ərdoğan arasında planlaşdırılan görüşün gündəmində Ukrayna və taxıl müqaviləsi olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam