Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Özbəkistanda prezident seçkiləri keçirilir - FOTOLAR

Yenixeber.org: Yerli vaxtla saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb.
Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilir. Saat 8-9 arası güclü seçici aktivliyi hiss olunub. İnsanlar seçkiyə uşaqlarını da gətirir və bülletini qutuya salmağı çoxları övladına həvalə edir ki, onlarda da seçkiyə maraq yaransın.
Qeyd edək ki, Özbəkistanın Mərkəzi Seçki Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bildirib ki, MSK mayın 10-dan seçki hazırlıqlarına start verib və tədbirlər planını təsdiqləyib. Ölkədə 10784 seçki məntəqəsi yaradılıb. Həmin məntəqə üzvlərinin ümumi sayı 108399 nəfərdir. Bunların 47,9%-i kişilər, 52,1%-i qadınlardır. Həmçinin üzvlərin 51%-i yaşı 40-dan az olan gənclərdir
Seçkiləri izləmək üçün “Saylov-2023” proqram təminatı yaradılıb. 19.593.838 nəfərin adı dəqiqləşdirilərək, seçicilərin vahid siyahısına daxil edilib. Hər bir vətəndaşa adının siyahıda olub-olmadığını dəqiqəşdirmək imkanı yaradılıb.
Seçkilərin keçiriləcəyi 208 rayon və şəhərdəki seçki məntəqələrinin hər birində azı iki kamera quraşdırılıb. Onlar prosesin gedişini canlı yayımlayacaqlar. Canlı yayım həm MSK-nin saytında, həm də mərkəzi televiziyada veriləcək.
Seçkiləri izləmək üçün 797 xarici müşahidəçi qeydə alınıb. Yerli müşahidəçilərin sayı 53677 nəfərdir. 1400 yerli və xarici media orqanı prosesin gedişini işıqlandırmaq üçün cəlb olunub. Onların 125-i xarici media orqanıdır.
Seçki gününü vətəndaşlara xatırlatmaq üçün onların telefonlarına SMS-lər göndərilib.
Fiziki imkanları məhdud olan vətəndaşların səs verə bilmələri üçün xüsusi imkanlar yaradılıb. Namizədlərin təbliğatı surdotərcümə və brayla əlifbası ilə də yayımlanıb.
Xatırladaq ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparacaq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam