Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MSK MÜƏMMASI: NƏ BAŞ VERİR?

MSK

Neftin qiymətinin düşməsindən sonra ölkədə yaranan maliyyə çətinlikləri geniş miqyaslı struktur islahatlarının aparılması məsələsini gündəmə gətirdi. Ölkə prezidenti İlham Əliyev də son bir il ərzində keçirilən müşavirələrdə dəfələrlə bunun zəruri olduğunu vurğulayıb.

Xeberinfo.com:   Artıq dövlət başçısının fərmanı ilə oxşar funksiyaları yerinə yetirən bəzi dövlət qurumlarının birləşdirilməsi, bəzilərinin isə hətta ləğvi həyata keçirilib. Nazirliklər, dövlət komitə və şirkətləri daxilində də belə islahatlar aparılıb. İdarəetmənin sadələşdirilməsi və xərclərin azaldılması üçün bu prosesin bundan sonra da davam etdiriləcəyi, bir sıra dövlət qurumlarının birləşdiriləcəyi gözlənilir.

AzPolitika.info”ya daxil olan məlumatda belə qurumlardan biri kimi Mərkəzi Seçki Komissiyasının (MSK) da adı çəkilir. Belə ki, hökumət dəhlizlərində dolaşan söhbətlərə görə, hazırda ölkə rəhbərliyi səviyyəsində MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyulması məsələsi müzakirə olunur.
Məlumatda bildirilir ki, MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyularaq, Daxili İşlər Nazirliyini tabeçiliyinə verilməsi təklif edilir. Bununla bağlı Türkiyənin təcrübəsindən istifadə olunması da mümkündür.

Elə 5 aydır ki, səlahiyyət müddətinin bitməsinə baxmayaraq, MSK-nın yeni tərkibinin təsdiqlənməməsinin səbəblərindən biri də bununla bağlanır.

mezahir-penahov-yeniDigər bir səbəb kimi isə, MSK-nın hazırkı sədri Məzahir Pənahovun vəzifəsindən azad edilməsinə qərar verilməsi göstərilir. Hazırda onun yerinə gətirilməsi planlaşdırılan namizədlərlə bağlı müzakirələrin getdiyinə dair fikirlər var. Daha dəqiqi, hakimiyyət daxilindəki bütün tərəfləri razı sala biləcək namizəd axtarılır.

Səbəb budursa, ötən ilin parlament seçkilərindən sonra faktiki olaraq səlahiyyətini itirən MSK-nın hələ də yenidən formalaşmaması, bu namizədi müəyyənləşdirməyin o qədər də asan olmadığını göstərir…

Qeyd edək ki, MSK-nın hazırki tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb. Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Yəni parlament seçkilərinin nəticələri təsdiqlənən kimi, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti başa çatır, yeni tərkib seçilir.

Qanunvericiliyə görə, Mərkəzi Seçki Komissiyasının yeni tərkibi yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Milli Məclis tərəfindən təsdiqlənməlidir.

Göründüyü kimi, MSK ilə bağlı qanunvericiliyin tələbləri kobud şəkildə pozulub, hazırki tərkibin səlahiyyət müddəti xeyli vaxtdır bitsə də, hələ də fəaliyyətini davam etdirir, üstəlik dövlətdən maaş da alırlar. Əvəzində isə parlamentə yeni düşən bəzi partiyalar öz nümayəndələrini MSK-ya göndərmək hüququndan yararlana bilmirlər.
azerbaijan_parliament_030415Belə ki, Seçki Məcəlləsinə görə, MSK 18 üzvdən ibarətdir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir.

MSK-nın 2010-cu ildə formalaşan tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.

Bunların arasında Akif Qurbanov MSK-da Ümid Partiyasını təmsil edirdi. Ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat olduğu 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçilib. Bu da o deməkdir ki, MSK-nın yeni tərkibində ən azı A.Qurbanovu kimsə əvəzləməlidir.

Eyni zamanda həmin seçkilərdən sonra Vəhdət Partiyasının sədri Tahir Kərimli və Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də mandat əldə ediblər. Bu isə həmin partiyaların üzvlərinin də MSK-da təmsil oluna bilməsi imkanını yaradıb.

1385805426fazil_mustafaAncaq yeni tərkibin formalaşdırılması gecikdirildiyindən, MSK-da kimlərin olub-olmayacağı da məlum deyil.

Qeyd edək ki, bu məsələ deputatlar tərəfindən də bir neçə dəfə gündəmə gətirilib. Məsələn, deputat Fazil Mustafa bir müddət əvvəl musavat.com-a bildirib ki, MSK-nın formalaşması ilə bağlı hələ də bir xəbər ala bilməyiblər: “Formalaşma prosesi başa çatmayıb. Bizdə də bununla bağlı məlumat yoxdur. Müraciət etmişik, ancaq səbəbi barəsində məlumat verilməyib. Yəqin ki, hansısa sənədləşmə işləri aparılır, nələrsə aydınlaşmayıb”.

trend_siyavush_novruzov_250413YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bir müddət əvvəl MSK-nın mart ayına qədər formalaşacağını açıqlamışdı. Report.az-a müsahibəsində o demişdi ki, hazırda YAP-da bununla bağlı hazırlıq işləri gedir: “Bəzi məsələlər həll edildikdən sonra partiyanın İdarə Heyətinin qərarı ilə MSK üzvlüyünə namizədlərimizi müəyyən edəcəyik”.

Ancaq mart ayı başa catsa da, MSK-nın yeni tərkibi formalaşdırılmadı. Görünür Siyavuş Novruzovun da gecikmənin əsl səbəbindən xəbəri yoxdur.


AzPoltika.info

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam