Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ermənistan rəsmiləri Bakıya gələ bilər -Azərbaycandan təhlükəsizlik zəmanəti istəyirlər

“Bu ilin avqustda Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak etmək istəyirik. Biz ev sahibi olan Azərbaycan dövlətinə məktub göndərmişik, onların cavabını gözləyirik. Əgər bizə təhlükəsizlik zəmanəti versələr, böyük dəstə ilə Bakıya gedəcəyik”.
Yenixeber.org: Bunu “News.am” saytına  müsahibəsində atıcılıq üzrə Ermənistan komandasının baş məşqçisi Seyran Nikoqosyan bildirib.

O deyib ki, avqustun 14-dən sentyabrın 3-dək Bakıda dünya çempionatı keçiriləcək:
“Hələ ki, Bakıya gedib-getməyəcəyimizi dəqiq bilmirik. Azərbaycana məktub yazmışıq, onların cavabını gözləyirik. Getmək istəyirik. Rəhbərliyimiz də Bakıya getmək istəyimizə müsbət cavab verdi. Bizimlə birlikdə Təhsil, elm və mədəniyyət və idman nazirinin müavini Karen Giloyan da rəhbər kimi Bakıya getmək istəyir. Biz məktubla Azərbaycandan təhlükəsizlik zəmanəti istəmişik, hələlik cavab verməyiblər”.
Seyran Nikoqosyan qeyd edib ki, dünya çempionatı tapança, tüfəng, qaçış hədəfi, stend atıcılığı yarışları üzrə keçiriləcək:
“Bakıya getsək, 15 nəfərlik böyük komanda ilə təmsil olunacağıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam