Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Şoyqunun oğlu ilə bağlı ŞOK FAKTLAR-Ordu əvəzinə hit-paradda...

 Müdafiə naziri Sergey Şoyqunun oğlu Danila Şebunov şou-biznesdə yüksələn ulduz sayılır.
Yenixeber.org: O, bu aləmdə “Sheba” və “Sheba Singer” təxəllüsləri ilə tanınır.

Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya qarşı mübarizə fondu onunla bağlı maraqlı məlumatlar əldə edib.

Məlumata görə Danila Şebunov Şoyqunun ikinci, qeyri-rəsmi həyat yoldaşı, stüardessa Elena Şebunovadan oğludur. Cütlüyün daha iki uşağı və elitar Rublyovka bölgəsində oliqarx Rotenberqin iqamətgahının yaxınlığında bir evi var.

Danila qardaşı və bacısı ilə birlikdə təhsilin ildə iki milyon rubla (təxminən 25 min ABŞ dolları)  başa gəldiyi elit məktəbdə oxuyub. Şoyqunun oğlu artıq 19 yaşında iş adamına da çevrilib. O, Moskvanın mərkəzində hər ay bir milyon rubl gəlir gətirən iki ofis binasını icarəyə verir.

Müharibə başlamazdan bir neçə gün əvvəl Danila Şebunov musiqi karyerasına başlayıb . Onun repertuarına məşhur mahnıların  yenilənmiş versiyaları daxildir. Hələ ki oğul Şoyqunun klipləri tik-tokda yayımlanır.

Sheba bu vaxta qədər ingilis dilində iki klip nümayiş etdirib. Həmin mahnılarda isə qətiyyən vətənpərvərlik, müharibə haqqında heç nə səslənmir

Sosial şəbəkələrdə qayğısız həyatını, xaricdə dincəldiyini gizlətmir. Məsələn, səfərbərliyə dörd gün qalmış o, Türkiyəyə istirahətə gedib. Sheba Avropanı çox sevdiyini və yayda qoca qitəyə getməyə hazırlaşdığını hər yerdə söyləyir.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam