Yenixeber.org: Rusiya vaxt ilə səhər saat dörd radələrində naməlum pilotsuz təyyarə zavodun ərazisinə düşüb. Ancaq müəssisənin infrastrukturuna ziyan dəyməyib. Hadisə nəticəsində yanğın olmayıb. Səhər saat 9:20-də pilotsuz təyyarə partlayıcılarla məhv edilib. Hazırda təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Mayın 31-də səhər saatlarında Kubandakı neft emalı zavoduna bir gündə ikinci dron hücumu olub.
Bundan beş dəqiqə əvvəl Afipski neft emalı zavodu hücuma məruz qalıb. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, dron hücumundan sonra mazut distillə edən qurğulardan biri yanıb, xəsarət alan olmayıb.
Mayın 26-na keçən gecə Krasnodar ilk dəfə pilotsuz təyyarələrin köməyi ilə hücuma məruz qalıb.
Rusiyanın neft zavodları vurulur -AÇIQLAMA

İlski neft emalı zavodunun ərazisinə düşən pilotsuz təyyarə qəzaya uğrayıb. Dron hücumunun təfərrüatları barədə Krasnodar diyarının operativ qərargahı Telegramda məlumat verib.