Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Zəfər Partiyası seçkidə bu namizədi dəstəkləyəcək -AÇIQLAMA

zefer-partiyasi-seckide-kimi-destekleyeceyini-aciqladi

Türkiyədə “ATA İttifaqı”na daxil olan partiyalardan biri - Zəfər Partiyasının sədri Ümit Özdağ prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəklərini açıqlayıb.

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, Özdağ Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri və “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının qərargahında baş tutan mətbuat konfransı zamanı Kılıçdaroğlunu dəstəkləyəcəklərini elan edib.

Həmçinin CHP ilə Zəfər Partiyası arasında protokol imzalanıb.

Protokola əsasən, ölkə konstitusiyasının ilk dörd maddəsi və Türkiyə vətəndaşlığının tərif və məzmunun yer aldığı 66-cı maddəsi qorunacaq. 1924-cü ildə müəyyən edilən milli-unitar dövlət forması dəyişdirilməyəcək, başda suriyalılar olmaqla bütün qaçqınlar bir ildən gec olmayaraq ölkələrinə geri göndəriləcək, FETÖ, PKK və İŞİD kimi terror qruplaşmalarına qarşı mübarizə gücləndirəcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifət lideri Kılıçdaroğlu  isə 44,88 faiz səs toplayıb.

5,17% səs toplayan “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan isə ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam