Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Baydenin impiçmenti məsələsi qaldırılacaq -ABŞ Konqresində

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Corciya ştatından seçilmiş respublikaçı Marcori Teylor Qrin Konqresdə ABŞ Prezidenti Co Baydenin vəzifəsini yerinə yetirmədiyinə və ölkə sərhədlərini qorumadığına görə impiçment prosedurunu başlatmaq niyyətindədir.

Yenixeber.org: Bu barədə o, cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

“Tam ciddi şəkildə bu gün Amerikanı sonuncu yerə qoyan və 2021-ci il yanvarın 20-dən bu ölkənin sistemli şəkildə məhv edilməsi ilə məşğul olan ABŞ Prezidenti Co Baydenin impiçmenti üçün proseduru başlatmaq niyyətimi bildirirəm”, - Qrin deyib.

“Onun cənub sərhədi ilə bağlı siyasəti, sərəncam və bəyənatları qanunlarımızı pozub və ölkəmizi məhv edib. Bayden öz konstitusiya borcunu kobud şəkildə pozub və milli təhlükəsizliyimizə bilavasitə təhlükə yaradır”, - respublikaçı xanım söyləyib.

Onun fikrincə, Bayden ABŞ prezidentinin vəzifələrini yerinə yetirmək iqtidarında deyil, ona impiçment elan edilməlidir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam