Redaktor seçimi
Günün xəbəri

Priqojin Putini belə hədələdi:“Biz tam videonu göstərəcəyik"

Yevgeni Priqojin cəbhədəki vəziyyətlə bağlı həqiqəti açıqlayacağı ilə bağlı Rusiya liderinə ultimatum verib

Yenixeber.org: “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinə ultimatum verib. Yayımladığı videoda o, Moskvada keçirilən parad başa çatandan sonra döyüş sursatı ilə təmin olunmasa, cəbhədəki acınacaqlı vəziyyətlə bağlı əsl həqiqəti söyləyəcək video yayımlayacağını bildirib.

“Biz tam videonu göstərəcəyik. Orada döyüş sursatı ilə bağlı vəziyyəti deyəcəyəm. Parad başa çatdıqdan sonra... Əgər döyüş sursatı alsaq, videonu yaymayacağıq”, – Priqojin Putini hədələyib.

Qeyd edək ki, may ayının əvvəlində Priqojin “Vaqner” döyüşçülərinin Baxmutdan çıxacağını bildirib. Onun sözlərinə görə, döyüş meydanı Rusiya Müdafiə Nazirliyinin bölmələrinə təhvil veriləcək.

Priqojin qərarını döyüş sursatı olmayanda “Vaqner” muzdlularının mənasız ölümə məhkum olması ilə izah edib.

Daha sonra Priqojin “Vaqner”in Baxmutdakı mövqelərini Çeçenistan rəhbəri Ramzan Kadırovun döyüşçülərinə verməyə hazır olduğunu bəyan edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam