Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rus və ukraynalı deputatlar əlbəyaxa oldular- VİDEO+FOTOLAR

Ankarada rus və ukraynalı deputatlar arasında dava düşdü - VİDEO+FOTO

Mayın 4-də Ukrayna Ali Radasının deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Ankarada keçirilən sammitində Rusiya nümayəndə heyətinin çıxışını pozmağa cəhd ediblər.

Yenixeber.org: Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Olqa Timofeyeva çıxışı zamanı pencəyinə “Müqəddəs Georgi lenti” sancıb. Ukrayna rəsmiləri onun çıxışına mane olmağa çalışıblar. Onlar rus deputatın arxasında bayraq açıblar, Rusiya nümayəndə heyətinin üzvləri isə ukraynalıların hərəkətlərinin qarşısını almağa cəhd edib. 

Bundan sonra Türkiyə parlamentinin sədri Mustafa Şentop vəziyyətə müdaxilə edib. O, fasilə elan edib, həmçinin tədbirin qaydalarını pozan nümayəndə heyətinedən zalı tərk etmələrini tələb edib.

“Belə bir şey ola bilməz. Bu iclasın dincliyini kiminsə pozmasına icazə verməyəcəm. Hər kəs öz sözü ilə fikrini bildirə bilər, buna heç bir maneə yoxdur, amma bu cür hərəkətlər edilsə, belə görüşlər parlament iclası olmaqdan çıxacaq və küçə hərəkətinə çevriləcək. Gedin bunu küçədə edin. Burada icazə vermirəm", - Şentop deyib.("Anadolu")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam