Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ukrayna Baş Qərargahı: "Rusiya son sutkada ölkə ərazisinə 60 raket zərbəsi endirib, ölənlər var"

“Rusiya son sutkada Ukrayna ərazisinə 60 raket zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananlar var”.

Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya beynəlxalq humanitar hüquqa məhəl qoymur, yaşayış binalarını və infrastrukturu məhv edir:

“Son sutkada müxtəlif istiqamətlərdə qarşı tərəfin 60-a yaxın hücumu dəf edilib. Düşmənin əsas səyləri Baxmut, Avdivka və Marinka istiqamətlərinə yönəlib. Ən şiddətli döyüşlər Baxmut və Marinka şəhərlərində gedir”.

Məlumata görə, qarşı tərəf döyüş meydanında tibb işçiləri çatışmazlığından əziyyət çəkir:

“Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində işğalçıların cəmləşdiyi ərazilərə 14 zərbə endirib. Həmçinin düşmənin 2 ədəd “Merlin” tipli kəşfiyyat PUA-sı və 1 ədəd “Orlan-10” tipli kəşfiyyat aparatı, həmçinin “Lanset” tipli 8 kamikadze PUA-sı vurulub. Raket qoşunları və artilleriya bölmələri düşmənin 3 radioelektron döyüş stansiyasını vurub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam