Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Sankt-Peterburqda kafedəki partlayışın DETALLARI

Sankt-Peterburqda partladılan kafe bu şəxsə məxsus imiş - Hadisənin DETALLARI

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Street Food" adlı kafedə baş verən partlayış nəticəsində yaralıların sayı 25 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov məlumat verib.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsi hadisə ilə bağlı cinayət işi açıb. 

Partlayış zamanı ölən hərbi müxbir Vladlen Tatarskinin əsl adı Maksim Fomin olub. Onun "Telegram" kanalının 560 000-dən çox izləyicisi var. Tatarski Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı tez-tez təxribatçı şərhlər yazan nüfuzlu hərbi blogerlərdən biri idi. O, ötən ilin sentyabrında Rusiyanın Ukraynanın işğal olunmuş dörd bölgəsini ilhaq etməsini elan etmək üçün Kremldə keçirdiyi mərasimdə iştirak edib.

 

KİV-in məlumatına görə, kafedə işə düşən partlayıcı qurğu heykəldə gizlədilib, izləyicilərdən biri içərisində partlayıcı olan heykəli Tatarskiyə verib. Partlayıcı qurğunun gücü 200 qram trotildən çox olub.

Partlayışın baş verdiyi kafenin sahibi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojindir. Hərbi müxbirlə görüşün təşkilatçısı "Cyber ​​​​Front Z" müzakirə klubudur. Təşkilatçıların sözlərinə görə, kafedə təhlükəsizlik tədbirlərinə riayət olunub, lakin bu, kifayət etməyib.

Hələlik hərbi müxbirin kim tərəfindən hədəfə alındığı məlum deyil. Rusiya Federal Təhlükəsizlik Xidməti partlayışa görə Ukraynanın məxfi xidmətlərini ittiham edib. Ukrayna rəsmiləri hadisədə iştirak etmədiklərini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam