Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Ermənistan parlamentinin sədri İrəvanda vətəndaşın gözünə tüpürüb

Alen Simonyan
Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın mərkəzində onu satqın adlandıran vətəndaşın gözünə tüpürüb.

Yenixeber.org: Bu barədə “Ermənistan” fraksiyasından olan deputat Aspram Krpeyanla birlikdə vətəndaşın hüquqlarını qorumaq üçün polis idarəsinə gedən “Şərəf duyuram” fraksiyasından olan həmkarı Hayk Mamicanyan feysbuk hesablarında canlı yayımda bildirib.

“İrəvanın mərkəzində repatriant Karen Mkrtçyan parlamentinin sədrini görüb və “satqın” - deyə qışqırıb. Bundan sonra Alen Simonyan cangüdənlərinə Karenin qollarından tutmaq göstərişini verib, cangüdənlər Alenin göstərişini yerinə yetiriblər, Simonyan Kareni nalayiq sözlərlə söyüb, bundan sonra vətəndaşın gözlərinə tüpürüb.

O, bunu vətəndaşın çoxsaylı mühafizəçiləri tərəfindən saxlanmasından istifadə ilə edib. Bundan sonra mühafizəçilər polis gələnə qədər Kareni saxlayıblar. Karen polis bölməsinə aparılıb, şəxsiyyəti müəyyən edildikdən sonra sərbəst buraxılıb”, - Mamicanyan bildirib.

Mamicanyanın sözlərinə görə, bu, ona görə edilir ki, daha hakimiyyətin ünvanına belə sözlər deyilməsin.

“Belə hallarda ya Karen, ya da digər vətəndaşlar bizim müdafiəmiz altında olacaq. Onlar satqındırlar və bunu dayanmadan eşidəcəklər”, - Mamicanyan bildirib.

Polis binasının yanında olan deputat Aspram Krpeyan da əlavə edib ki, vətəndaş faktiki olaraq söz azadlığı hüququndan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam