Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Arayik Arutyunyan istefa verir

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan erməni sepatarçılarının rəhbəri Arayik Arutyunyan istefa verməyə hazırlaşır

Yenixeber.org: Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. 

Erməni mənbələrində yer alan xəbərlərə görə, Arutyunyan "vəzifəsindən" getməyə razıdır. "İrəvunk" nəşri isə bildirib ki, Arayik payız aylarına qədər "vəzifə"sində qala bilər, onun istefası sonrakı dövrdə mümkündür.

İddia olunur ki, Arutyunyan istefaya razılaşsa da, guya yerli ermənilər onun getməsini istəmir. 

Qeyd edək ki, bir neçə gün əvvəl separatçıların "rəhbəri" Arayik Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

"Hraparak" bildirir ki, görüş çox gərgin keçib. Belə ki, Paşinyan Qarabağdakı ermənilərin Azərbaycanla dil tapmalı olduğunu, əks halda müharibə baş verəcəyini diqqətə çatdırıb. Arayik qəmgin əhval-ruhiyyə ilə Xankəndiyə qayıdıb və artıq "vəzifədə" qalmaq istəmədiyini söyləyib.

Bu mənada, onun tezliklə istefa verə biləcəyi ehtimal olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam