Arayik Arutyunyan istefa verə bilər
Bir neçə gün əvvəl separatçıların "rəhbəri" Arayik Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Yenixeber.org: Məlumata görə, görüş çox gərgin keçib. Paşinyan Qarabağdakı ermənilərin Azərbaycanla dil tapmalı olduğunu, əks halda müharibə baş verəcəyini bildirib.
Mənbənin bildirdiyinə görə ki, Arayik Arutyunyan pis əhval-ruhiyyə ilə Xankəndiyə qayıdıb və artıq "vəzifəsində" qalmaq istəmədiyini deyib. Nəşrin mənbələri onun tezliklə istefa verə biləcəyini düşünür.("Hraparak")