Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

Ermənistana xəbərdarlıq edildi -RƏSMİ

Volodin Ermənistana xəbərdarlıq edib
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistana Avropa strukturlarını regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdləri ilə bağlı xəbərdarlıq edib.
Yenixeber.org: Bu barədə Vyaçeslav Volodin Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə bildirib. Dövlət Dumasının sədri deyib ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatlara əsaslanmalıdır: “Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları səviyyəsində qəbul edilmiş qərarları var. Biz bunu rəhbər tutacaq və öz tərəfimizdən bu bəyanatların həyata keçirilməsi üçün hər şey edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”.

Onun sözlərinə görə, Avropa Parlamentinə müraciət etməmişdən və bəzi məsələlərin həllinə bu qurumu cəlb etməmişdən əvvəl belə bir suala cavab verilməlidir: "Ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa ciddi məsələ və ya münaqişəli vəziyyət həll olunubmu? Belə bir nümunə yoxdur”.

V.Volodin vurğulayıb ki, buna görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və bunun necə bitəcəyini ölçüb-biçməlidirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam