Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bəxtiyar Hacıyevin yeni məktubu yayıldı:“…40 illik həyatımın yarısını boş yerə fəda eləmişəm…"

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yeni məktubu yayılıb.
Yenixeber.org: Bu barədə hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov özünün sosial şəbəkə hesabında məlumat verib:

“Bəxtiyar bəzi cümlələr göndərib mənə…
Əksəriyyəti özəldir deyə paylaşa bilmirəm.
3 gündür ki, həmin sözlərin, cümlələrin təsiri altındayam.
Bəzi dostlar bilir, həddindən artıq ağır fikirlərdir.
Çox sarsıdıcıdır:
“…40 illik həyatımın yarısını boş yerə fəda eləmişəm…
…Belədirsə, quru aclığa keçib, birdəfəlik son qoyaram hər şeyə…
…Özünə yaxşı bax…”- deyə yazır".
Qeyd edək ki, "İctimai Siyasət İnstitutu"nun rəhbəri Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam