Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiya qoşunları Xerson şəhərini tərk edir

Rusiya qoşunları Xerson şəhərini tərk edir
Rusiya Ordusu bu il fevralın 24-dən sonra Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edəcək.
Yenixeber.org: Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir.

Sergey Surovikin deyib ki, əgər Ukrayna su anbarından daha çox su buraxsa, yaxud Kaxov su bəndinə daha güclü raket zərbəsi endirsə, böyük ərazi su altında qalacaq, əhali arasında qurbanların sayı artacaq, Rusiya Ordusunun bölmələri Dnepr çayının çağ sahilində tam təcrid vəziyyətində qalacaq. Onun sözlərinə görə, yaranmış şəraitdə Dneprin sol sahili boyunca müdafiə xəttinə çəkilmək daha məqsədəuyğundur.

Sergey Şoyqu isə öz növbəsində, qoşunların geri çəkilməsini əmr edib. Qeyd edək ki, Xerson şəhəri Ukraynanın cənubunda yerləşən Xerson vilayətinin mərkəzidir. Şəhər Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km məsafədə yerləşir. Xerson Rusiyanın ilhaq etdiyi dörd vilayətdən biridir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam