Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Türk Dövlətləri Təşkilatından YENİ XƏBƏR:birgə Fond yaradılır

 Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçiriləcək sammitində birgə investisiya Fondunun yaradılması təsdiqlənəcək.
Yenixeber.org: Bunu Türk Dövlətləri Təşkilatının  Baş katibi Bağdad Amreyev bildirib.

TDT-nin sammiti noyabrın 11-də Səmərqənddə keçiriləcək.

"Biz Türk İnvestisiya Fondunun yaradılması üzrə işi başa çatdırdıq, bu məsələ sammitdə təsdiqlənəcək və işə salınacaq. Bu, iqtisadi inteqrasiyamız sahəsində irəliyə doğru böyük addımdır", - Amreyev “Özbəkistan 24” telekanalına müsahibəsində deyib

Baş katib bildirib ki, sammit iştirakçıları həmçinin nəqliyyat dəhlizləri, gömrük prosedurlarının sadələşdirilməsi, güzəştli ticarətlə bağlı bir sıra sənədlər imzalayacaqlar.

"Biz xidmət və investisiya sektorlarında azad ticarət rejiminin yaradılması üçün səylər göstəririk", - B.Amreyev vurğulayıb.

2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı edib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daimi, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində təmsil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam